Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub. Gununsesi.info xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Rauf Talıbov təqaüdə göndərilib. Onun yerinə isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elşad Məmmədov təyin edilib.
Qeyd edək ki, Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur. (APA)