
Bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının Parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, istifadəçilər A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər. Bu kampaniyaya qoşulanlar arasında məşhur simlara, sənətçilər də var.
Xalq artisti Akif İslamzadə 57 saylı Kürdəmir Seçki Dairəsində deputatlığa namizədliyini irəli sürüb. A.İslamzadə namizədliyini irəli sürsə də, seçilməyib.
Bəstəkar Cavanşir Quliyev də deputatlığa namizəd olanlar sırasındadır. O, vaxtilə 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyini irəli sürüb, seçilməyib
Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev də deputat olmaq arzusundadır. O, 2 gün öncə parlament seçkilərində iştirak etmək istədiyini dilə gətirib. Tolik eyni zamanda bununla bağlı izləyicilərinə sual da ünvanlayıb: “Sizcə seçkilərdə iştirak edimmi?”