
123 Saylı Kəlbəcər Seçki Dairəsindən deputat olmaq istəyən vəkil Əziz Qənbərovun namizədliyi qeydə alınıb.
Gununsesi.info-nun xəbərinə görə, qanunvericilikdə nəzərədə tutulan 500 seçici imzasını toplayan Əziz Qənbərov namizədliyi ilə bağlı qərar dünən verilib.
Namizədliyiin irəli sürülməsi üçün imza verən Kəlbəcər seçicilərinə təşəkkür edən deputatlığa namizəd seçki prosesinin ədalətli olacağına ümid etdiyini deyib: “İnanıram ki, ziyalılarımız bu proseslərə biganə qalmayacaq. Çünki qürbətçiliyin bitməsinə çox az qalıb. Edəcəyimiz hər bir əməl Kəlbəcərdə qarşımıza çıxacaqdır. Xeyirdə, şərdə görüşəndə bir birimizin gözünə dik baxa biləcək əməllərə imza ataq. Rəhmətlik babam deyərdi ki, “vəzifə özgə atıdır”.
Namizədliyimin qeydə alınmasında əmək sərf edən hər kəsə, DSK üzvlərinə və sədri Adil müəllim Murtuzayev olmaqla təşəkkür edirəm”.
Elmar
Gununsesi.info