İndiyə qədər Ombudsmanın təklifi ilə Milli Məclisdə hansısa qanunun qəbul edildiyini xatırlamıram.
Gununsesi.org-un xəbərinə görə, bunu bu gün Milli Məclisin (MM) plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.
“Ombudsmanın təklifini öncə Ali Məhkəməyə təqdim etməsi, Ali Məhkəmə məqbul sayarsa, qanunvericilik təşəbbüsü ilə çıxış edərək, Milli Məclisə layihə təqdim etməsi məqbul olardı. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilsə, daha yaxşı olardı”, – deyə millət vəkili sözlərinə əlavə edib.
Spiker Oqtay Əsədov isə Ombudsmanla bağlı qanunun birinci oxunuşda müzakirəyə çıxarıldığını, bu səbəbdən də təkliflərin növbəti oxunuşlar zamanı verilə və nəzərə alına biləcəyini xatırladıb.