
Millət vəkili Qüdrət Həsənquliyev parlamentdə “Banklar haqqında” qanunun müzakirəsi zamanı bankların müştərilərininin sirrlərinin açılmasına etiraz edib.
Gununsesi.info-nun xəbərinə görə, o, eyni zamanda, bu sirrləri açacaq səlahiyyətlərin Palataya verilməsini kəskin pisləyib.
“Mənim bankda nə qədər pulum varsa , niyə bunu Palata bilməli və kimlərəsə deməlidir? Əgər şübhələr olarsa, bunu hüquq-mühafizə orqanları araşdıra bilər. Burada bank sirrləri qorunmalıdır. Belə olarsa, hamı pullarını aparıb İsveç banklarında saxlayacaq. Prezident isə çıxışında vurğulayır ki, hər kəs əmanətlərini ölkə banklarında saxlamalıdır. Ancaq Palataya verilən səlahiyyət bunun əksini deyir”.
Millət vəkili çıxışında həmçinin məhkəmə qərarı olmadan bankın lisenziyasının ləğv olunması səlahiyyətlərinin də Palataya verilməsinə də etiraz edib: “Bununla nə etmək istəyirik?”.
Kamil
Gununsesi.info












