Deputat parlament adından ABŞ Konqresinə müraciət olunmasını təklif edib

  • By admin
  • 06 Oktyabr 2020 12:46

ABŞ-ın Azərbaycana qarşı 902-ci düzəlişi qəbul etdiyi vaxt Azərbaycan bir neçə kəndi işğaldan azad etmişdi. İndi də ABŞ konqresmenləri tərəfindən eyni addım atılır. 1165 saylı qətnamə də buna görə gündəmə gəlib.

Gununsesi.info bildirir ki, APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O təklif edib ki, parlament adından ABŞ Konqresinə, senatına müraciət olunsun:

“Erməni tərəfi bu gün bizi təxribata cəlb etməyə çalışır. Bununla da KTMT-nin də bu münaqişəyə qoşulmasına şərait yaratmaq istəyir. Biz parlament adından da KTMT-yə üzv olan ölkələrə də müraciət etməliyik”.

Gununsesi.info