İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev polis orqanlarında çalışanların fəaliyyətini yüksək qiymətləndirdi. Əlavə etdi ki, onun iki qardaşı da polis orqanlarında işləyir.
Gununsesi.org xəbər verir ki, deputat polis orqanlarında çalışanların əmək haqqı ilə bağlı təklif verdi:
“Bu gün cinayət axtarış şöbəsinin zabiti 523 manat maaş alır. Bu, kifayət qədər azdır. May ayında büdcəyə baxacağısa, daxili işlər orqanlarının əməkdaşlarının əməkhaqqını ən azı iki dəfə artırmalıyıq. Hesab edirəm ki, DİN rəhbərliyi də bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə, yaxşı oalr. Həmçinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da maaşı aşağıdır. Bu qurumun əməkdaşlarının orta əmək haqqı 350 manatdır. Mən həmkarlarımdan soruşmaq istəyirəm, 350 manatla indiki dövrdə necə yaşamaq və ailə saxlamaq olar? Odur ki, bu qurumun əməkdaşlarının da maaşının artrılması çox yaxşı olardı”.