Deputat Puqaçovanı xalqdan üzr istəməyə çağırdı

  • By Mina
  • 13 Aprel 2024 15:25

https://www.gununsesi.infoRusiya Dövlət Dumasının deputatı Sergey Solovyov SSRİ Xalq artisti Alla Puqaçovanı ictimaiyyət qarşısında üzr istəməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Deputatın sözlərinə görə, yenidən Rusiya auditoriyası qarşısında çıxış etmək imkanı qazanmaq müğənninin özündən asılıdır: “Düşünürəm ki, o, öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, xüsusi hərbi əməliyyat və Rusiya Silahlı Qüvvələrini tənqid etdiyinə görə ictimaiyyət qarşısında üzr istəməlidir”.

Solovyov vurğulayıb ki, Puqaçova məhz bu şəkildə xalq tərəfindən bağışlana bilər. O, buna baxmayaraq bildirib ki, bu halda belə müğənninin konsertləri ikinci dərəcəli səhnələrdə keçiriləcək və Rusiya televiziya kanallarında yayımlanmayacaq.

Xatırladaq ki, A.Puqaçova həyat yoldaşı M.Qalkinlə Rusiya-Ukrayna müharibəsinin başladığı ilk günlərdə İsrailə köçüb. Onlar İsrail-HƏMAS müharibəsi başladığı vaxtda isə Kiprə gedib. Daha sonradan isə Puqaçovanın Londona köçəcəyi ilə bağlı məlumat yayılıb.

Gununsesi.info