Deputat qazilərlə birgə səhər yeməyində

  • By admin
  • 28 Noyabr 2022 16:52

Milli Məclisin Nəsimi Rayonundan seçilən deputatı Məlahət İbrahimqızı bir qrup qazi ilə görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, qazilərlə görüşünü səhər yeməyinə salan deputat onlarla səmimi ortamda müzakirələr aparıb.

HTML tutorial

Deputat görüşü barədə bunları deyib:

Bu gün xalqımızın 44 günlük Vətən müharibəsində iştirak edərək sağlamlığını itirmiş Nəsimi rayonunda yaşayan Qazilərimizlə səhər yeməyində bərabər olduq. Hər biri bir QƏHRAMAN!

Hələ də Şəhid, Qazi, Veteranlarımızın, Müzəffər Ali Baş Kamandanımızın rəhbərliyi ilə Qəhrəman Milli Ordumuzun şücaət və rəşadəti ilə qazandığımız möhtəşəm Zəfərin sevincini yaşayırıq. Əsrlər keçəcək, qərinələr bir-birini əvəz edəcək xalqımız bu Zəfərin əbədi sevincini yaşayacaqdır”.

Afət

Gununsesi.info