“Müxalifət ona görə quru sərhədlərin açılmasını istəyir ki, Rusiyadan milyon yarım insan ölkəyə gəlsin. Bunlar da onların ovqatından istifadə etsin, hakimiyyətlə mübarizələrini alətə çevirsin”.
Gununsesi.info xəbər verir ki, bunu YAP-dan olan deputat Elman Nəsirov “musavat”a açıqlamasında deyib.
Azərbaycanlıların öz vətəninə dönməsinə qarşı çıxan deputat deyib ki, onların birdən-birə buraya dönməsi problemlərə səbəb ola bilər:
“Kim təminat verir ki, o insanların qayıdışı ölkənin daxilində gərginliyə səbəb olmayacaq”.
Günay
Gununsesi.info