Deputat şəhid atasını ürəyindən əməliyyat etdi – FOTO

  • By admin
  • 25 Avqust 2021 21:34

İkinci Qarabağ Müharibəsində şəhid olan Akif Bəşirovun atası Vahid Bəşirov ürəyindən əməliyyat olunub.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, tanınmış həkim Rəşad Mahmudov sosial şəbəkə hesabında paylaşım edib.

 

“20 ildən çoxdur hər gün icra etdiyimiz əməliyyatlardan biri, amma bu dəfə hisslər fərqli…

 

İkinci Qarabağ Müharibəsi zamanı Suqovuşan döyüşlərində şəhid olan Akif Bəşirovun atası Vahid Bəşirovu bu gün ürəyindən əməliyyat etdik. Böyük ürəyə sahib övlad yetişdirən atanın ürəyinə toxunmaq bizlərə həyəcan dolu böyük qürur hissi bəxş etdi. Başda Dr. Kənan Əsədov olmaqla komandamızın bütün üzvlərinə təşəkkürümü bildirirəm!”, – deyə deputat qeyd edib.

Gununsesi.info