Millət vəkili Qənirə Paşayeva Şəhidlər Xiyabanında Xocalı abidəsi qoyulmasını təklif edib.
Gununsesi.info xəbər verir ki, o, parlamentdə çıxışında qeyd edib ki, Azərbaycana qonaq gələn rəsmi və ya qeyri-rəsmi nümayəndələr Şəhidlər Xiyabanını ziyarət edir: “Ona görə də orada bir abidə qoyulsa, yaxud ayrıca soyqırımla bağlı muzey ya da informasiya mərkəzi yaradılsa yaxşı olardı.Belə olan halda ölkəmizin həqiqətlərini daha geniş miqyasda tanıda bilərik. Həmçinin biz artıq soyqırımla bağlı bir film çəkib nümayiş etdirməliyik. Yəhudilər “Pianist” filmi öz məruz qaldıqları hadisələri filmin gücüylə dünyaya nümayiş etdirə biliblər”.
Kamil
Gununsesi.info