“Bu gün Qusar şəhərdə şəhid Şahvələdov Sultan Niyaz oğlunun dəfn mərasimində istirak etdik. Sonra da Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət etdik”.
Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Azər Badamov öz “Facebook” statusunda yazıb.
“Şəhidlər qürurumuzdur, fəxrimizdir, gənclərə örnəkdir.
Şəhidlər daima yaddaşlarımızda, ölkənin tarixində əbədi yaşayacaqlar.
Allah rəhmət eləsin!”-deyə, o, sonra yazıb.
KAMİL
Gununsesi.info