Deputat şəhid bulağına suyun verilməməsinə görə “Azərsu”yu tənqid etdi və nəticə.. -Yenilənib

  • By admin
  • 17 Sentyabr 2021 21:32

“Vətən müharibəsi şəhidi Ələkbərov Rəşad İlqar oğlunun adını daşıyan bulağın açılışında, təəssüflər olsun ki, suyun verilişi mümkün olmadı. Bunun səbəbkarı “Azərsu” ASC-nin məsuliyyətsizliyi və qurumun məsələyə qeyri-ciddi yanaşmasıdır. “Azərsu” Gəncənin Kəpəz rayonunda çəkilən bulaqda suyun verilməsi ilə bağlı quraşdırılan sayğacı isə mütləq yığışdırmalıdır”.

Bunu bir necə gün əvvəl Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev demişdi.

N. Həmzəyev bu həftə baş verən xoşagəlməz hadisəni belə qeyd edib: “Şəhid adını daşıyan bulağın açılışında, təəssüflər olsun ki, suyun verilişi mümkün olmadı. Bunun səbəbkarı “Azərsu”nun məsuliyyətsizliyi və qurumun məsələyə qeyri-ciddi yanaşmasıdır. Bu problemin səbəbləri araşdırılmalı, şəhid adını daşıyan bulağa suyun verilməsi bərpa olunmalıdır. Suyun verilməsi ilə bağlı quraşdırılan sayğacı isə mütləq yığışdırılmaq lazımdır. “Azərsu” şəhid adını daşıyan bulağın su ilə təmin edilməsini öz üzərinə götürməlidir”.

Deputatın bu tənqidi cıxışından sonra bu gün “Azərsu “ASC-ti  bulağa suyun verilişini təmin edərək, şəhidin adına ehtiramını subut etdi .

Bu gün Gununsesi.info ya müsahibəsində deputat N.Həmzəyev məsələyə yenidən münasibət bildirdi:”Bu məsələ artıq öz müsbət həllini tapdı. Şəhid bulağı ilə bağlı problem aradan qaldırıldıqdan sonra Gəncə şəhər İcra hakimiyyəti məsələyə müdaxilə etdi və su təchizatı tam olaraq təmin olundu.” Azərsu” nun Gəncə idarəsi də söz verib ki, heç bir sayğac ola bilməz və tam olaraq şəhid bulağı su ilə təchiz ediləcəkdir. “Azərsu” ASC-dən bildirildi ki, açılış günündə suyun verilməsindəki problemlər həmin gün baş verən qəza ilə əlaqəli olub və qəza da aradan qaldırılıb . Bir sözlə problem artıq öz həllini tapıb. Biz də ümid edirik ki, artıq belə bir şey olmayacaq və bu problem bir daha yaranmayacaqdır.”

Gününsesi. info