Deputat: “Şair Qurbanın və Aşıq Şəmşirin nadir əlyazmalarını yandırıb kül etdilər” - AĞDABAN FACİƏSİNDƏN 32 İL ÖTÜR

  • By admin
  • 08 Aprel 2024 08:10

“Mən foto və video kadrlarda  erməni vandalları tərəfindən dağıdılmış Ağdaban kəndini və Dədə Şəmşirin dağıdılmış məzarını görəndə 1992-ci il aprel 7-dən 8-nə keçən keçə baş verənləri bir daha xatırladım. Həmin gecə ermənilər xalqımıza qarşı növbəti soyqrım həyata keçirib”.

Bunu Gununsesi.info-ya açıqlamasında Kəlbəcərin deputatı, əslən Ağdabandan olan  Aqil Məmmədov 32 il əvvəl yaxın qohumlarının və həmkəndlilərinin adıçəkiləın kənddə yaşadığı dəhşətlərdən danışarkən söyləyib: “Bilirsiniz ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində də xalqımıza qarşı amansız soyqırımı törətdilər. Bu soyqırımı aktı zamanı onlarla dinc sakin qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi, insanlar diri-diri yandırıldı, kənd tamamilə yerlə-yeksan edildi. Onların 20 nəfərə yaxınıbizim  qohumlar.  Erməni vandalları  klassik ədəbiyyatımızın və el sənətimizin tanınmış nümayəndələri ağdabanlı Şair Qurbanın və Aşıq Şəmşirin nadir əlyazmalarını yandırıb kül etdilər. Mən dünən sizin saytda  Dədə Şəmşirin dağıdılmış məzarının fotolarını gördüm. Bu məni bir tərəfdən sarsıtsa da  digər tərəfdən o yurda qayıtmağımız məni sevindirdi. Artıq Ağdaban Azərbaycanın suveren ərazisidir. Bizim kəndin sakinləri gedib oranı ziyarət edib. Cənab Prezidentimizin  Böyük Qayıdış planına uyğun olaraq, bizim kəndimizin sakinləri də öz yurduna qayıdacaq”.

Deputatın sözlərinə görə, bugün işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Kəlbəcərdə aparılan nəhəng quruculuq işləri bütün kəlbəcərliləri, o cümlədən ağdabanlıları böyük gələcəyə  ümidləndirir: “Çox xoşbəxtik ki, bu gün cənab prezidentin  tapşırığı ilə Kəlbəcərə, Ağdabana yeni abad yollar çəkilir, infrastrukturun qurulması üzrə tədbirlər görülür”.

 

Elmar

Gununsesi.info