

Sanqaçal qəsəbəsində qaz kəmərində baş verən partlayışla bağlı olaraq millət vəkili Aydın Hüseynov və SOCAR təmsilçisi qəsəbə sakinləri ilə görüşərək, vəziyyətlə yerində tanış olub.
Bunu Gununsesi.info-ya açıqlamasında Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, qaz kəmərində son zamanlarda ardıcıl olaraq bir neçə dəfə partlayışın olması əhalinin ciddi narahatçılığına səbəb olub və onlar da yaranmış durmla bağlı olaraq sakinlərlə görüşüb.
“Bildiyiniz kimi, əhalidə müəyyən narahatçılqılar var idi. SOCAR təmsilçisi Nazim Səmədzadə onlara izah etdi ki, burada hansıa məqam axtarmağa ehtiyac yoxdur. Hadisə sadəcə, sırf texniki səbəblərdən baş verib. Yəni, xəttə təzyiqin artması nəticəsində partlayışlar olub və burada hər hansı təxribat əməli yoxdur”- deyə, millət vəkili vurğulayıb.
Yerli sakinlərlə görüşdə o da bildirilib ki, qaz xəttində baş verən partlayış və onun nəticəsində yaranmış problemlər birbaşa dövlət başçısının nəzarətindədir.
“Odur ki, əlavə narahatçılığa heç bir əsas yoxdur. Məsələ birbaşa ölkə başçısının nəzarətindədir. Həm xətdə yaranmış problemin, həm də vətəndaşalara dəyən ziyanın aradan qaldırılması ilə bağlı Fövqəladı Hallar Nazirliyi, SOCAR və digər aidiyyatı qurumlar məşğuldur”- deyə, millət vəkili bildirib.
A.Hüseynov əlavə edib ki, yerli sakinlərlə görüş zamanı onların digər problemlərini də dinləyiblər:
“Xüsusən də qəsəbədəki məktəb problemini, sakinlərin işsizlik və digər problemlərini dinlədik. Onların problemlərinin həlli ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılacaq və həllinə çalışacağıq”.
Mürtəza
Gununsesi.info