Deputat seçicilərini sevindirdi - CAVİD QURBANOV QURBAN BAYRAMINDA KÖÇKÜNLƏRİ UNUTMADI

  • By admin
  • 12 Sentyabr 2016 21:58

c2

123 saylı Kəlbəcər Seçki Dairəsindən millət vəkili seçilən Cavid Qurbanov hər il olduğu kimi bu il də öz seçicilərini bayram sovqatı ilə sevindirib. Gununsesi.info-nun məlumatına görə, millət vəkilinin adından Bakının müxtəlif məkanlarında yaşayan Kəlbəcərlilərlə görüş təşkil olunub. Vətəndaşların müraciətlərini dinləyən, onları qeydə alan deputatın köməkçiləri həmçinin, köçkün ailələrinə bayram sovqatı verib.

HTML tutorial

Öz növbəsində köçkünlər Cavid Qurbanova təşəkkürlərini ifadə edib.

Gununsesi.info