Deputat seçiciləri ilə görüşüb - FOTO

  • By admin
  • 20 Aprel 2018 10:10

Millət vəkili Sevinc Fətəliyeva təmsil etdiyi 30 saylı Birinci Suraxanı Dairəsinin seçiciləri ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya deputatın ofisindən məlumat verilib.

 Bildirilib ki, millət vəkili Sevinc Fətəliyeva  təmsil etdiyi ərazinin seçicilərini qəbul edərək, onların problemlərini dinləyib və seçicilərini  maraqlandıran  məsələlərlə yaxından tanış olublar. Qəbula gələn insanlar əsasən iş, maddi, müavinət və digər müxtəlif xarakterli problemlərinin, eyni zamanda topraq kimi problemlərin həllində deputatdan yardım istəyiblər. Qəbulə gələn bir qism insanlar  müalicə, təhsildə üzləşdikləri problemlərin həllində millət vəkilindən dəstək istəyiblər.

Millət vəkili qəbula gələn seçicilərin hamısnın problem və qaldırdığı məsələləri diqqətlə dinləyərək, onların bir qismini yerindəcə həll edib, müvafiq qurumlara elə qəbula gələn insaların yanındaca zəng edərək, ona ünvanlanan problemlərin aradan qaldırılmasını tələb edib. Digər məsələlərlə bağlı aidiyyatı qurumlara  millət vəkili adından məktubla müraciət hazırlanıb. Deputat qəbul gələn seçicilərin ondan istədiyi problemlərin həllində diqqətlə yanaşacağına və onların həllinə yardımçı olacağına söz verib.

Mürtəza

Gununsesi.info