Deputat seçicilərini dinləyib - FOTOLAR

  • By admin
  • 21 Yanvar 2022 19:50

Milli Məclisin deputatı Naqif Həmzəyev seçiciləri ilə növbəti görüş keçirib.

Deputatın ofisindən Gununsesi.info-ya daxil olan xəbərə görə, onlayn qaydada keçirilən görüşdə millət vəkili seçicilərin arzu və təkliflərini dinləyib, onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilərin müraciətləri əsasən məşğulluq, hüquqi, tibbi yardım, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.

Qəbul zamanı seçiciləri ilə səmimi söhbət edən və onlarla qarşılıqlı müzakirələr aparan Naqif Həmzəyev hər bir seçicinin qaldırdığı məsələni diqqətlə dinləyib, həlli mümkün olan məsələlərlə bağlı operativ tədbirlərin görülməsini təmin edib, bəzi məsələlər yerindəcə həllini tapıb.

Görüşdə mövcud problemlərinin aradan qaldırılması istiqamətlərində aidiyyatı qurumları ilə birgə müvafiq tədbirlərin görüləcəyi ilə bağlı seçicilər məlumatlandırılıb.

 

Gununsesi.info