Anası tərəfindən məhkəməyə verillən deputat geri addım atdı- SONA ƏLİYEVA ATA MÜLKÜNDƏN İMTİNA EDİB

Anası tərəfindən məhkəməyə verillən deputat geri addım atdı


99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilən Sona Əliyevanın ailəsi ilə bağlı problemləri bir neçə gündür ki, mətbuatın gündəmindədir. Belə ki, deputatın anası Bəşirə Əliyeva mətbuata açıqlamasında  qızı Sonanı ata mülkünü ələ keçirməkdə ittiham edərək, onu məhkəməyə verdiyini deyib. 
Deputatın anası Bəşirə Əliyeva “Azpolitika” saytına açıqlamasında bildirib ki, qızı Sona Əliyeva həyat yoldaşı mərhum Sakit Əliyevin bütün əmlakını ələ keçirib.

Qadın qeyd edib ki, həyat yoldaşı Sakit Əliyev bir müddət öncə vəfat edib. Əmlakın ədalətli bölünməsi üçün oğlu ilə birgə məhkəməyə müraciət edib. 
S.Əliyevanın atası Sakit Əliyev Şəmkirin tanınmış iş adamlarından, nüfuzlu ağsaqqallarından biri olub. Saytda qeyd olunub: “Bu yaxınlarda uzun sürən xəstəlikdən sonra vəfat edən S.Əliyevin xeyli malı-mülkü qalıb. Nə qədər qəribə də olsa, bu gənc xanım atasının mal-mülkünə təkbaşına sahib olmaqdan ötrü, ailəsinin rayondakı hörmətini, uzun illər ərzində qazandıqları ad-sanı, eləcə də deputat kimi özünün nüfuzunu zərbə altında qoymaqdan çəkinməyib. İşi o səviyyəyə gətirib ki, anası və qardaşı Sona Əliyeva tərəfindən qəsb edilən haqlarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalıblar. Ancaq bu da deputatı öz yolundan döndərməyib. O, səhvini anlamaq və ailəsinin haqqını özünə qaytarmaq əvəzinə ”mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” deyə, bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə “ağlını itirməkdə” ittiham edib, onu evindən qovub”. Sayt yazır ki, millət vəkilinin gözüyaşlı anası Bəşirə xanım Əliyeva onlara müraciət edərək, bütün bunlar haqda ətraflı danışıb: “Məni aldadıb, etibarımdan sui-istifadə edərək rəhmətə gedən həyat yoldaşımın bütün mirasına təkbaşına yiyələnib”.
Gununsesi.info məsələ ilə bağlə araşdırma aparıb və yaranmış duruma aydınlıq gətirməyə çalışıb. Saytımızın əməkdaşı  deputatdan yaranmış duruma aydınlıq gətirməsini istəsə də buna nail ola bilməyib. Bununla belə o, bildirib ki, artıq problem həll olunub. 
Gununsesi.info-nun araşdırmaları zamanı isəbir sıra məlumatlar  ortaya çıxıb. Bəlli olub ki,  mərhum  Sakit Əliyevchələ sağılığnda  daşınmaz əmlakını  qızı Sona Əliyevanın adını keçirib və bununla bağlı vəsiyyətnaməsi də olub. Sakit Əliyev xəstə olan  zaman onun istər Azərbaycanda, istərsə də xaricdə müalicəsinə qızı Sona və  qardaşı Adil yardım edib. Ən böyük ağırlıq isə Sona xanımın üzərinə düşüb. Ona görə də atası ölümündən xeyli əvvəl mülkünın onun adını keçməsi ilə bağlı vəsiyyətnamə  verib. Atasının ölümündən sonra isə belə bir xoşagəlməz məsələ ortaya çıxıb.
Adına hər hansı xələl gəlməsin və gələcəkdə də hər hansı  belə xoşagəlməz halların yaşanmması üçün deputat Sona Əliyeva atasının ona bağışladığı mülklərdən imtina edərək, anası və kiçik qardaşına  verib. Sona Əliyeva atasının mülkündə  gözü olmadığını bildirib.
Qeyd edək ki, deputatın qardaşı, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev isə söyləyib ki, artıq problem həll edilib.
Gununsesi.info

COMMENTS