Deputat söz verdi: “Soydaşlarımızın problemini 2-3 aya həll edəcəyəm”

  • By admin
  • 15 Oktyabr 2016 11:17
rufet
Millət vəkili: “Azərbaycanın Ukraynadakı  səfiri soydaşlarımızın üzləşdiyi problemlərin 2-3 ay ərzində həll edəcəyinə söz verib”.
Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycan Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, Ukraynada yaşayan azərbaycanlıların üzləşdiyi problemləri araşdırmaq məqsədi ilə  oktyabrın 6-dan 10-dək bu ölkədə səfərdə oldum.  “Səfərin elə ilk günündə Ukrayna parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Maksim Kuryaçin və qrupun üzvü olan daha 5 deputatla görüşdüm. Görüşdə iki ölkə arasındakı münasibətləri, Ukryanadakı vəziyyəti, həmçinin orada soydaşlarımızın üzləşdiyi problemlər müzakirə edildi. Orada onlar özləri də etiraf etdilər ki, yaranan problemlər əsasən son illərdə Ukraynadakı kriminogen durumla bağlıdır. Çünki bu gün Ukraynada təkcə azərbaycanlılar deyil, digər xlaqların nümayəndələri, hətta daha çoxelə ukraynalıların özlərinin hüquqları kobud surətdə pozulur”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili bildirdi ki, bu görüşdən sorna Ukrayna-Azərbaycan  parlamentlərarası dostluq qrupunun bir neçə üvü Radada çıxış edərək yaranmış problemi qaldırıb: “Çıxışlarında bildiriblər ki, Azərbaycan hökuməti, parlamenti  Ukraynadakı azərbaycanlıların  üzləşdiyi problemlərdən narahatdırlar. Artıq məsələ ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanları Ukraynanın aidiyyatı qurumlarına müraciətlər ediblər”.
R.Quliyev dedi ki, səfər çərçivəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə də görüşdüm  vəziyyəti müzakirə etdik: “O bildirdi ki, Ukraynadakı problemin həlli ilə maraqlanmağa başlayıb.Bu məqsədlə hər hansı problemlə üzləşən azərbaycanlıları qəbul etməyə, onların problemlərin araşdırmağa hazırdır. Bu məqsədlə Ukraynada yaşayan  azərbaycanlılar  səfirliyə müraciət etməsi vacibdir. Səfir  də deyib ki, problemlər əsasən ölkədəki kriminogen durumla bağlıdır. Səfir söz verdi ki, problemləri 2-3 ay ərzində həll edəcək”.
Millət vəkili azərbaycanlıların Ukraynada üzləşdiyi problemlər əsasən  bu ölkədəki münaqişə ərazilərindədir. “Burada həqiqətən də azərbaycanlılara qarşı kobud qanun pozuntuları olub. Ancaq bununla yanaşı problemlərin  müəyyən qismi də elə azərbaycanlıların özləri tərəfindən törədilir. Diəgr qanun pozuntuları ölkədə həyata keçirilən iqtisadi islahatlarla bağlıdır ki, bu da çox ağrılı keçir.Bu proses istər-istəməz digərləri ilə yanaşı azərbaycanlılardan da  yan keçmir. Yəni azərbaycanlı azərbaycanlıya qarşı cinayət hadisəsi törədir və bu da  sonda Ukraynada azərbaycanlılara qarşı problem kimi təqdim edilir. Təzyiqə məruz qalan həmən azərbaycanlı məsələni ictimailəşdirir ki, guya Ukraynada  azərbaycanlılara qarşı təqiblər var. Bu yolverilməz haldır. Bu məsələdə ehtiyatlı olmalıyıq. Çünki nəticədə bu hadisələr orada yaşayan azərbaycanlılara qarşı çevrilə bilər. Odur ki, orada yaşayan azərbaycanlılara qarşı hüquq pozuntuları ilə bağlı elə bir ciddi əsaslar yoxdur və bunu şişirtməyə ehtiyac yoxdur”- deyə, millət vəkili vurğulayıb.
Mürtəza
Gununsesi.info