Deputat Şuşa həbsxanasının bağlanmasını istəyir

  • By admin
  • 06 İyul 2021 10:44

Milli Məclisin deputatı Aydın Mirzəzadə Şuşa həbsxanasının bağlanmasını istəyir.

Gununsesi.info-nun xəbərinə görə, deputat fikirıərini belə əsaslandırıb:

“Bu gün Şuşa həbsxanasının videogörüntüləri yayıldı. Həbsxana çar dövündən fəaliyyət göstərir. Amma hesab edirəm ki, mədəniyyət paytaxtımızda həbsxana olmamalıdır. Düzdür, həyat varsa, təəssüf ki, cinayətlər və onun cəzasını çəkənlər də olacaq. Ancaq həbsxananın yeni Şuşadan köçürülməsi düzgün olardı. Bu məsələ üçün başqa bir regionda müasir tələblərə uyğun müəssisə inşa etmək olar. Şuşa özünün tarixi, mədəniyyət inciləri və müasir bu günü ilə tanınmalıdır”.

Gununsesi.info