Deputat tələbələri mükafatlandırdı - FOTOLAR

  • By admin
  • 08 Sentyabr 2017 11:30

21369236_1636980256346269_6116244609917920730_n

97 saylı Goranboy- Ağdam – Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin təşəbbüsü və yerli İcra hakimiyyətlərinin təşkilatçılığı sentyabrın 7-də Goranboy, Ağdam və Tərtər rayonlarında 500-dən yuxarı balla ali məktəblərə daxil olan tələbələrin mükafatlandırma mərasimləri keçirilib.

Mükafatlandırma mərasimlərində müvafiq rayonların İcra hakimiyyətlərinin başçıları, ictimaiyyətin nümayəndələri, müəllimlər və tələbələr iştirak edib.  Səslənən çıxışlarda ümummilli lider Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın və Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasının  ardıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsilinin uğurla inkişaf etdiyi və son 14 il ərzində adı çəkilən rayonlar da daxil olmaqla  ölkəmizdə 3000-dən çox məktəb tikildiyini və ya əsaslı təmir olunduğu xüsusilə  vurğulanaraq,  təhsilə göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirilib.

Mərasimlərdə millət vəkili A.Vəliyev, Goranboy rayon İcra hakimiyyətin başçısı N.Quliyev, Ağdam  rayon İcra hakimiyyətin başçısı R.Məmmədov, Tərtər rayon İcra hakimiyyətin başçısı  M.Məmmədov və başqaları tərəfindən yüksək balla ali məktəblərə qəbul olunan tələbələr təbrik edilib və onlara xatirə hədiyyələri təqdim olunub.

Milli Məclisin deputatı A.Vəliyev tərəfindən mərasimlərdə  Goranboy, Ağdam və Tərtər rayonları üzrə bu il ali məktəblərə daxil olarkən 600-dən yuxarı bal toplayan 68, 500-dən yuxarı bal toplayan 144, bütövlükdə isə 212 tələbəyə pul mükafatı təqdim edilib ki,  bununla da son 2 il ərzində millət vəkili tərəfindən mükafatlandırılan tələbələrdən  600 bal toplayanların sayı  120 nəfərə və 500 bal toplayanların sayı isə 261 nəfərə çatıb.

Tədbirlərdə həmçinin qeyd olunub ki, 2015/2016 və 2016/2017-ci tədris illərinin yekünlarına əsasən   Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan məktəblərinin I-XI siniflərinin 750 əlaçı şagirdinə A.Vəliyev tərəfindən fərqlənmə təqaüdü verilib.

21314688_1636980006346294_7058017147110455486_n 21370948_1636980056346289_5229794019087834911_n 21370967_1636979916346303_5322484384447717794_n

Gununsesi.info