Milli Məclisin deputatı Anar İsgəndərov tələbəsi Kərəm Mansurovun Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri təyin olunmasından yazıb.
Gununsesi.info deputatın qeydlərini təqdim edir:
“Ot kökü üstə bitər.İndicə xoş bir xəbər sevincimə sevinc qatdı.Zəhmətkeş bir ailənin övladı, Bakı Dövlət Universiyetinin yetirməsi, bütün uğurlarına sevindiyim və fəxrlə mənim abituriyentim dediyim Kərəm Mansurov Məhkəmə -Hüquq Şurasında aparat rəhbəri təyin olundu. Mən əminəm ki, Kərəm Mansurov bu etimadı doğruldacaq, bu günə qədər doğma Azərbaycana necə məhəbbət və vicdanla qulluq edibsə, yeni işində də ədalətli bir hüquqşünas kimi qanunların keşiyində duracaqdır.
2023-cü il Ümummilli lider Heydər Əliyev ilidir.Bu il Azərbaycan tarixində xüsusi önəm daşıyır. Heydər Əliyev ideallarına sadiq
Kərəm Mansurov da bu ilin onun həyatında oynadığı rolu heç vaxt unutmayacaqdır. Əzizimiz Kərəm, yolun açıq, işlərin uğurlu olsun”.
Günel
Gununsesi.info