Qənirə Paşayeva xərçəng xəstəliyinə tutulan rejissor Şahin Zəkizadənin yanında olub.
Gununsesi.info xəbər verir ki, millət vəkili görüşdə jurnalist İlhamiyyə Rza ilə birgə olub. Millət vəkili bu barədə sosial şəbəkədə məlumat verərək qeyd edib:
“Səhhətinin yaxşılaşdığını öyrənib çoxsevindik və ən qısa zamanda tamamilə sağalmasını arzuladıq. Dualarınızı əksik etməyin. Allah hər zaman onun və gözəl ailəsinin köməyi olsun”.
Gununsesi.info