Deputat Tural Gəncəliyev təmsil etdiyi Şuşaya səfər edibmi?

  • By admin
  • 20 Noyabr 2020 14:11

Azərbaycan Ordusu 12 gündür ki, Şuşanı erməni işğalından azad edib. Görəsən, Şuşanı təmsil edən millət vəkili Tural Gəncəliyev təmsil etdiyi şəhərə gedibmi?

Gununsesi.org parlamentdə Şuşanı təmsil edən deputatın özü ilə əlaqə qurub. Tural Gəncəliyev saytımıza verdiyi açıqlamasında bildirib ki, Şuşaya hələlik getməyib. O, yaxın vaxtlarda Şuşaya səfərinin olacağına ümid etdiyini bildirib.

Bildirək ki, Tural Gəncəliyev həm Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, həm də Milli Məclisdə Azərbaycanın Şuşa şəhərini təmsil edir.

Arzu

Gununsesi.org