Deputat: “Universitetlərimiz distant təhsilə hazır deyil”

  • By arzu
  • 08 May 2020 12:21

Deputat Naqif  Həmzəyev son günlər koronavirusa yoluxmaların sayının artmasına bankların, bankomatların qarşısında insanların sıx yığılmasının səbəb olmasını vurğulayıb.

Gununsesi.org xəbər verir ki, deputat bildirib ki, insanlar öz təqaüdlərini, pensiyalarını almaq üçün bankomatların qarşısına yığılırlar:

“Burada çoxsaylı növbələr görürük. Vətəndaşlar çalışırlar ki, pensiyalarını, təqaüdlərini alsınlar. Polisin də gücü çatmır. Bu məqamda çalışmaq lazımdır ki, əhali arasında nağdsız ödənişlərlə bağlı maarifləndirmə aparılmalıdır”.

Deputat həmçinin universitetlərimizin distant təhsilə bu dövrdə hazır olmadığını diqqətə çatdırıb: “Pandemiya dövründə bizim universitetlər distant təhsil sistemini qura bilməyiblər Bu baxımdan tələbələrin də qiymətləndirilməsi də mümkün olmadı. Biz bu müddətdə çalışmalıyıq ki, distant təhsil sistemini quraq və qanunvericiliyə də dəyişikliklər edək. Gələcəkdə bu problemlərlə qarşılaşarıqsa, bu cür problemlər bir daha yaşanmasın”.

Gununsesi.org