
Azərbaycanda uşaq pulunun artımı məsələsi uzun müddətdir ki, müzakirə olunur. Hətta bununla bağlı bir qrup valideyn imza toplayaraq, Milli Məclisə müraciət də edib.
Musavat.com-un videokamerası qarşısında məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, uşaq pulu anlayışı yenidən gündəmə gəlməlidir və bərpa olunmalıdır.
Onun sözlərinə görə, uşaqların sağlamlıq problemlərinin vaxtında həlli və keyfiyyətli qida ilə təmin olunması baxımından, uşaq pulunun bərpası çox əhəmiyyətlidir.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.