Deputat “üsyan” etdi: "AKP-nin əliylə AKP-nin altı oyulur, yazıqlar olsun"

  • Müəllif: admin
  • 30 Aprel 2017 20:51

samil tayyar

Türkiyənin tanınmış siyasətçilərindən AKP-li millət vəkili Şamil Təyyar hökumətə “üsyan” edib.

Gununsesi-info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, AKP-nin Qaziantepdən olan millət vəkili Ş. Təyyar şəxsi  “Tvitter”  hesabından etdiyi paylaşımında “pəs etdim,  artıq yoxam”-yazıb.

Qeyd edək ki, o, bunu dünən Türkiyədə 2 yeni Qanun Hökmündə Qərarnamənin (QHQ) rəsmən yayınlanmasından sonra edib.

“FETÖ” iş başındadır, hər kəs kar və kordur,mücadilə raydan çıxdı, AKP-nin əliylə AKP-nin altı oyulur, yazıqlar olsun”– deyə, Ş. Təyyar sonra yazıb.

Ş. Təyyarın bu paylaşımı AKP-də də ciddi rezonansa və gərginliyə səbəb olub.

Bəzi həmkarları onun bu addımını tənqid ediblər.

Artıq bəzi ekspertlər Ş.Təyyarla AKP-nin yollarının tezliklə ayrılacağı qənaətindədirlər.

KAMİL

Gununsesi.info