

Daha bir millət vəkili “Vikipediya”da Azərbaycanla bağlı gedən məlumatlardan narahatlığını ifadə edib.
Gununsesi.info-nun xəbərinə görə, belə ki, parlamentin növbəti plenar iclasında çıxışı zamanı Qənirə Paşayeva bu məsələdən narahatlığını dilə gətirib.
O, qeyd edib ki, “Vikipediya”da Azərbaycanın tanınmış şəxsiyyətləri, coğrafi yer adları, bölgələri və sair məsələlərlə bağlı ciddi və narahatlıq doğuran təhrif olunmuş məlumatlar yayılır.
“Sanki tariximiz qəsdən saxtalaşdırılır, təhif olunur. Bu, çox ciddi,ağrılı məsələdir və onun qarşısı alınmalı, bu məsələ hüquqi yollarla tənzimlənməlidir”.
Millət vəkili eyni zamanda, “domen”lərlə bağlı ortaya çıxan problemlərdən narahatlığını bildirib və söyləyib ki, Azərbaycanı istəməyən qüvvələr, dairələr bundan ölkəmizə qarşı yararlanmağa, öz çirkin məqsədlərini bu yolla da gerçəkləşdirməyə çalışırlar.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info