Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəazil Ağamalı Xocavənddə erməni terroru nəticəsində həlak olan polislərə və mülki vətəndaşlara Allahdan rəhmət diləyib.
Gununsesi.info xəbər verir ki, başsağlığında deyilir:
“Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilmiş terror aktı nəticəsində həlak olan polis əməkdaşlarımıza və mülki vətəndaşlarımıza Uca Yaradandan rəhmət diləyirəm.Allah rəhmət eləsin”.
Gununsesi.info