Deputat yas mərasimlərinə icazə verilməsini təklif edib

  • By admin
  • 14 Dekabr 2021 11:39

“Bu gün 150 nəfərin iştirakı ilə toy mərasimləri keçirilir. Hesab edirəm ki, yasların da 100-150 nəfərin iştirakı ilə keçirilməsinə icazə verilməlidir. Operativ Qərargah bu məsələyə baxmalıdır”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında deyib.

HTML tutorial

Deputat ümid edir ki, bu məsələ ilə bağlı yaxın günlərdə dəyişiklik olacaq.

Gununsesi.info