Deputat yeni “5 manatlıq”dan narazıdır

  • By admin
  • 02 Aprel 2021 11:24

Azərbaycanda dövriyəyə yeni pul əskinazları buraxılıb. Hesab edirəm ki, əsginaslarda həm də Azərbaycanın tarixi, mədəniyyəti özünü əks etdirməlidir. Amma yeni buraxılan 5 manatlıq əsginaslarda bu yoxdur. Qeyd edim ki, ermənilər digər xalqların tarixini oğurlayaraq bunu öz valyutarlarında əks etdirirlər.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Məlahət İbrahimqızı deyib.

O xatırladıb ki, ulu öndər Heydər Əliyevin zamanında Orxan-Yenisey abidələrinin, Dədəqorqudun yubileyləri keçirilib: “Köhnə əsginaslarda bunlar özünü tapmışdı. Yeni əsginaslardan isə bu kimi mədəniyyət abidələri çıxarılıb. Bu da ictimaiyyətdə narahatlığa səbəb olub. Müvafiq qurumlardan bunun səbəbini soruşmaq istərdim. Ən azından Azıx mağarası bu yeni əsginaslarda olmalıdır”.