Deputat Zatulini sərsəm adlandırdı

  • By admin
  • 30 Mart 2018 18:10

Millət vəkili Musa Qasımlı Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulini tarixi təhrif etməkdə və sərsəmləməkdə ittiham edib.

Gununsesi.info-nun xəbərinə görə, M. Qasımlı bildirib ki, hər zaman anti Azərbaycan mövqeyində olan, ermənilərə xidmət edən rusiyalı deputat bugünlərdə yenidən Azərbaycana qarşı, xüsusilə, ölkə Prezidenti İlham Əliyevin indiki Ermənistan ərazisindəki tarixi Azərbaycan torparqları ilə bağlı səsləndiriyi fikirlərlə əlaqədar yalanlar, böhtanlar uydurub:

“Bu adam sərsəmləmələrindən əl çəkmir. Onun kimilərə isə ən yaxşı cavab spikerimiz Oqtay Əsədovun atası, mərhum tarixçimiz Sabir Əsədovun vaxtı ilə yazdığı əsər, kitab olar. Allah Sabir müəllimə rəhmət etsin, o,zamanında çox böyük tarixi əhəmiyyətli iş görüb, “Qərbi Azərbaycanın tarixi coğrafiyası” adlı kitab yazıb. Bu kitab 11 il öncə Sank-Peterburqda rucsa nəşr edilib. Ona görə yaxşı olardı ki, Sankt-Peterburqdakı baş konsulluğumuz, Rusiyadakı səfirliyimiz bu kitabın təkrar nəşrinə nail olsun, onu Rusiyanın siyasət-dövlət adamlarına, Dumanın üzvlərinə paylasınlar. O zaman Zatulinlər də, digərləri də bilər ki, indiki Ermənistan ərazisindəki torpaqlar kimə məsusdur”-deyə, M. Qasımlı sözlərinə əlavə edib.

H. NİHAT

Gununsesi.info