Deputatdan anormal təklif - SOSİAL ŞƏBƏKƏLƏRƏ GİRİŞ ŞƏXSİYYƏT VƏSİQƏSİ İLƏ OLSUN

 

“Hesab edirəm ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”.
Gununsesi.info bildirir ki, bunu deputat Jalə Əhmədova Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında deyib.

Deputat həmçinin, media işçilərinə müraciə edib:

“Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlayın. Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir. İqtidarı da bizimdir, müxalifəti də. Hamımız azərbaycanlıyıq və heç kim haqqında yalan, təhqiramiz yazmaq olmaz”.

Günay
Gununsesi.info