Deputatdan Avropa Parlametinə –  Xocalı müraciəti

  • By admin
  • 26 Fevral 2017 14:45

87950

 

Avronest PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb.

Gununsesi.info-ya daxil olan məlumatda qeyd olunur ki, ingilis dilində ünvanlanan müraciətdəErmənistanın təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında məlumat verilib. Bildirib ki, bu il 25-ci ili tamam olan Xocalı soyqırımı Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliamdır.

Müraciətində 20 faiz ərazilərimizin işğal altında olduğu, bu günə qədər 10-dan çox ölkənin Parlamenti və ən nüfuzlu Beynəlxalq təşkilatlar tərəfindən Xocalının insanlıq əleyhinə olan cinayət kimi tanındığı diqqətə çatdırılıb. Qeyd edilib ki, ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsində yeganə tərəf olsa da məsələnin həlli istiqamətində ciddi irəliləyişlər olmayıb.

Müraciətin sonunda Avropa Parlametinin rəhbərliyindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi xahiş edilib və bildirilib ki, bu addımın atılması gələcəkdə belə cinayətlərin təkrarlanmamasına zəmin yaradacaqdır.

 

Gununsesi.info