Deputatdan “Azərloteriya”ya ittiham

  • By admin
  • 11 May 2022 18:25

“Tarixən lotereyalar həmişə olub, hətta Sovet dövründə də onlar buraxılırdı. Təbii ki, bu cür oyunlar insanların maddi durumuna pis təsir edir. Çünki bəzi işbazlar insanları müəyyən yollarla şirnikləşdirərək bu küçə oyunlarına cəlb edirlər. Son illər ölkəmizdə  “Azərlotereya”  kimi oyunlar birmənalı şəkildə vətəndaşlarımızı mərc oyunlarına təşviq edir”.

Gununsesi.info xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bu cür oyunların dərindən araşdırılmasına ehtiyac olduğunu vurğulayıb:

“Əslində, bunu bir məşğuliyyət kimi xaraterizə edirlər. Ancaq bunlar dərindən araşdırılmalıdır. Yəni, bunlar rəsmi dövlət qurumlarının nəzarəti altında keçirilirmi? Bunlar nə dərəcədə də zərərlidir, xeyirlidir? Bunun dövlətə xeyiri varmı, yoxdurmu? Əgər fürsətcil iş adamları, şirkət rəhbərləri bundan özləri üçün mənfəət götürürsə və bəlaya salırlarsa bunlar araşdırılmalı və mütləq cəzası müəyyənləşdirilməlidir. Tək “Azərlotereya” oyunları deyil, ümumən götürəndə pulla oynanılan nə oyunlar varsa, bunların hamısı zərərli vərdişlər hesab olunmalıdır. Bunun qarşısı daha məqəsəduyğun şəkildə alınmalıdır”.

Gununsesi.info