Deputatdan ÇAĞIRIŞ: Normal həyata qayıtmaq üçün …

  • By admin
  • 25 May 2021 18:01

“Azərbaycanda COVID-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlər effektivli olub. Bu gün koronavirusa qarşı mübarizədə əldə etdiyimiz nailiyyətlər bu mübarizəyə vaxtında səfərbər olunmağımız və qabaqlayıcı tədbirlərin vaxtında icrası dayanır”.

Gununsesi.info xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, ÜST koronavirus infeksiyasını qlobal pandemiya elan edəndə Azərbaycan mübarizə tədbirlərinə ilk qoşulan ölkələrdən olub:

“Qısa bir zamanda yeni laboratoriyalar, testlər, qoruyucu vasitələr ölkəmizə gətirildi. Qısa bir zaman kəsiyində tibbi maska, qoruyucu və dizinfeksyaedici vasitələrin istehsal sahələri quruldu. Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah korionavirusa yoluxmaların gündəlik dinamikalarını təhlıil edərək düzgün qərarlar qəbul etdi. Məhz mübarizə tədbirlərin effektivliyin göstəricisidir ki, koropnavirusa yoluxmalarda kəskin azalmalara nail olunmuş və bu gün keçirilən brifinqdə 31 maydan başlayaraq tətbiq olunmuş sərt karantin rejimində bir sıra yumşalmaların edilməsinə şərait yaranıb”.

“Azərbaycanın qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdımı” – sualını cavab verən millət vəkili söyləyib ki, bu gün əldə etdiyimiz uğurlardan biri də dövlət başçımızın səyi və şəxsi nüfuzu sayəsində dünyanın inkişaf etmiş ölkələri ilə eyni vaxtda koronavirusa qarşı peyvəndlərin ölkəmizə gətirilməsi və yanvar ayından başlayaraq kütləvi vaksinləşməyə başlanmağımızdır:

“Bu gün artıq 1 milyondan artıq vətəndaşımıza peyvəndlər vurulub. Bu da ölkə əhalisinin 20 %-ə yaxını deməkdir. İnsanlarda imunitetin formalaşması yoluxma riskini azaldır və həm də yoluxduğu hallarda xəstəliyini ağır fəsadlar yaratmadan yüngül keçirmələrinə yol açır. Xalqımızı dövlətimizin yaratdığı bu imkandan yararlanmağına və vaksin vurulmamış insanları da vaksinləşməyinə çağırış edirəm. Pandemiyaya qalib gəlməyimizin yeganə yolu vaksinləşmədən getdiyinə görə biz şüurlu surətdə qısa bir zamanda hamılıqla peyvənd olunmalıyıq. Biz, məhdudiyyətləri aradan qaldırılaraq gündəlik adi həyata ancaq kütləvi vaksinləşdiyi halda qayıda bilərik”.

Gununsesi.info