Deputatdan Fransaya cavab: “Bu, türkə qarşı davam edən siyasətin…”

  • By admin
  • 26 Noyabr 2020 12:25

Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır.

Gununsesi.org bildirir ki, bunu Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli parlamentin bu gün keçirilən iclasında deyib.

F.İbrahimli qeyd edib ki, Fransa senatının üzvləri Əlcəzairdə soyqrım törədən qatillərin nəvələridir: “Burada insanlıqdan nəsə gözləmək sadəlövlük olar. Fransanın içi yanır, sürünür. Çünki Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, münaqişəni özləri həll etdilər. Axı Fransa ermənilərə söz vermişdi, indi də öz sözünü tuta bilmir. Ancaq hansısa kağızla Azərbaycana təsir göstərmək olmaz. Azərbaycan həmişə haqqı-ədaləti tutub. Azərbaycanla danışığın bir forması var və bu, haqq-ədalət, beynəlxalq hüquq müstəvisində olmalıdır. Bizim güvən və güvənc yerimiz var”.

Gununsesi.org