“Ölkədə ikirəqəmli inflyasiyanın birrəqəmli inflyasiyaya salınması istiqamətində tədbirlər gücləndirilməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Əli Məsimli bildirib.
“Bu məsələyə cənab Prezident də nəzər saldı. Xaricdən gələn inflyasiya bir neçə məhsulu çıxmaq şərti ilə səngiyib. Subyektiv amilləri aradan qaldırmaq lazımdır. Eyni zamanda bu sahədə bəzi qurumların cavabdehliyini artırmaq lazımdır”,- deputat vurğulayıb.
Gununsesi.info