Deputatdan İTV-yə ittiham - BİR DƏFƏ DƏ OLSUN PARLAMENTİN İCLASINI CANLI GÖSTƏRƏN...

Milli Məclisin deputatı Fazil Mustafa İctimai televiziyanı sərt tənqid edib.
Gununsesi.info deputatın sosial şəbəkə hesabında yazdığı qeydləri təqdim edir:
QEYD
Kim bunu necə anlayır-anlasının. Azərbaycan dövləti  adına bu, böyük bir biabırçılıqdır.  Azərbaycanın dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya Məşədi Dadaş məscidindən dünən verilən cümə xütbəsini öz loqusu ilə you tube kanalında yerləşdirib təbliğat aparır. Allah Şahin Həsənliyə rəhmət etsin, hər kəsin də inancına sayğılıyam. İndiyədək hətta ölkə parlamentinin bir komitəsinin iclasını belə canlı yayında verməyi özünə sığışdırmayan bu televiziya mərhum din xadiminin canlı yayından həm vida  həm də gəfn mərasimini nümayiş etdirdi.  O halda gərək bütün məscidlərdəki cümə xütbələrindən reportaj versinlər. Məscidlər arasında fərq qoymanın izahını kim verə bilər? Konstitusiyamızda dinin dövlətdən ayrıldığı yazılır. O halda dövlət büdcəsindən külli miqdarda vəsait ayrılan bu televiziyanın bu cür din təbliğatının izahı varmı? Dəfələrlə vurğulamışam ki, bu televiziya İnter.az kanalı Azərspacedən çıxarıldıqdan  sonra  irançı göstəbəklərin ideoloji mərkəzinə çevrilib. Bilirəm ki, rəsmi səviyyədə bu xəbərdarlığıma əhəmiyyət verilməyəcək. Ancaq canımız dövlətin, gözümüz millətin təhlükəsizliyi bir namus borcumuz olduğundan bundan sonra da daha qətiyyətlə bu təhlükə barədə uca səslə mövqeyimizi bildirəcəyik.
Şəbnəm
GUNUNSESİ.İNFO