Deputatdan Operativ Qərargahın qərarına REAKSİYA: “Buna da şükür”

  • By admin
  • 21 Mart 2021 17:19

“Hər kəsi təbrik edirəm. Yol bağlanmadı, insanların Novruz bayramı qəmə çevrilmədi, rayonlara kilometrlərlə tıxac yaranmadı, kafe və restoranlar bağlanmadı. Status kvo qaldı”.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarına münasibət bildirərkən deyib.
“Buna da şükür. Operativ Qərargah doğru qərar qəbul etdi və buna görə onlara da təşəkkür edirəm. Sağ olsunlar. Nə qədər insan çörəyindən və gündəlik qazancından olacaqdı”,-deputat bildirib.

Gununsesi.info