Deputatdan Polis Günü münasibətilə təbrik məktubu

Ana Vətən Partiyasının sədri deputat Fəzail Ağamalı Polis Günü münasibətilə Daxili İşlər Nazirliyi orqanlarına təbrik məktubu ünvanlayıb.

Həmin təbriki təqdim edirik:

“Bu gün milli dövlətçiliyimizin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında, xalqımızın təhlükəsizliyinin və ərazi bütövlüyümüzün təmin olunmasında müstəsna xidmətləri olan polisimizin peşə bayramıdı.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ənənəsi yaradıb, ona xidmət edən polisimiz milli iftixarımız kimi xalqımız arasında böyük nüfuz qazanmışdır.

Möhtərəm, cənab prezident
İlham Əliyevin göstərdiyi davamlı diqqət milli polisimizi dünyanın ən nümunəvi polisi səviyyəsinə yüksətmişdir.

Müstəqil dövlətçiliyimizə sədaqət nümunəsi olan cənab nazir Vilayət Eyvazov başda olmaqla Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını bayram münasibətilə təbrik edir, can sağlığı, çətin və şərəfli vəzifələrinin icrasında ugurlar diləyirəm.

Peşə baramınız mübarək!”

Gununsesi.info