Deputatdan Rəşad Mahmudova doğum günü təbriki

Görkəmli kardiocərrah, dəyərli həmkarımız Rəşad Mahmudovun 50 yaşı tamam oldu. Rəşad Mahmudov öz peşəsini mükəmməl bilməklə yanaşı həm də Dövlətçiliyimizə sadiqliyi ilə seçilən şəxsiyyətdir. Həkimlər haqqında məşhur Sufi pritçasında deyilir:

“Həkim mahir, bacarıqlı, öz peşəsinə sadiq olmalıdır, o, xəstə bədənə həmişə kömək etməlidir. Müalicə etməyi ürəkdən sevməli, dərin biliklərə malik təbiblərin əsərlərini dərindən öyrənməlidir. O, gözəl, mehribancasına, səmimi danışmalı, fərasətlə, fəhmlə hərəkət etməlidir. Belə həkimi xəstə görməyə şaddır, tam səmimiyyəti ilə, canla, başla ona qulaq asmağa hazırdır. Xəstə üçün bu cür həkimin hətta gəlişinin özü belə dava-dərmandır.”

Onun xəstələrinin hamısı bu məziyyətləri onda görüblər. Rəşad həkim öyrənməklə yanaşı, həm də öyrətməyi sevir. Doktorun yüksək səviyyədə təşkilatçısı olduğu Beynəlxalq Konfranslara diqqət edin.

Tibb elminin bu sahəsindəki yenilikləri yorulmadan Azərbaycan gətirir, həm də xaricdən gələn həkimlərə Azərbaycanımızı tanıtdırır.

Onun ətrafında rezidentləri, gənc həkimləri görəndə sevinc hissi keçirməmək olmur. Mən onun başqa bir vacib missiyasının-maarifçilik missiyasının da şahidi olmuşam.

Astaranın ucqar Sım kəndində Kitab köşkünün açılmasını buna misal çəkə bilərəm. Köşkə 500-dən çox oxunulması vacib olan kitab hədiyyə etdik.

Astaranın Ziya Bünyadov adına 1 saylı Tam Orta məktəbində mütaliə mədəniyyəti ilə bağlı müəllimlərlə və şagirdlərlə görüşümüz yaddaşımızda silinməz izlər buraxdı.

Öz peşəsini mükəmməl bilən, vətənini sevən hər bir şəxs yaşından asılı olmayaraq müdriklik zirvəsini fəth edir. Tam əminliklə deyə bilərəm ki, Rəşad Mahmudov həmin zirvədədir.

Dəyərli Rəşad həkimi səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram.

 

 

Etibar Əliyev

Milli Məclisin deputatı

Gununsesi.info