

Vazqen Sərkisyan zamanında güclü ordu yaratsa da, serj Sərkisyan həmin ordunu rüşəvət və korrupsiyaya uğradaraq zəiflətdi.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, 2016-cı ilin aprel döyüşləri bir daha sübut etdi ki, erməni ordusu keçən əsrin 80-ci illərinin silahlarından istifadə edir. “Sərkisyan ordunu gücləndirmək əvəzinə, mənasız saziş və müqavilələrə imza atdı. Orduda korrupsiya tüğyan etdi. Nəticədə ordu bir korrupsioner quruma çevrildi. Biz isə indi bunun əyani şəkildə şahidləriyik”- deyə, erməni deputat bildirib.
Erməni deputatın fikrincə, faciə ondandır ki, hələ Serj Sərkisyan milli təhlükəsizlik nziri işləyəndə 1999-cu ilin oktyabrın 27-də Ermənistan parlamentində terror hadisəsi oldu: “Nəticədə parlamentin spikeri Karen Dəmirçiyan, baş nazir Vazqen Sərkisyan , bir neçə deputat və hökumət üzvləri güllələndi. Bu hadisələrin sonu olaarq Serj Sərkisyan hakimiyyətə gəldi”.
Gununsesi.info