Deputatdan sensasion təklif - AZƏRBAYCANIN ADI DƏYİŞDİRİLSİN!

  • By admin
  • 29 Noyabr 2022 12:00

 

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev sensasion təkliflə çıxış edib.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili Azərbaycanın adının dəyişdirilərək, Şimali Azərbaycan adlandırılmasını təklif edib: “Bu günlərdə Azərbaycan Prezidenti İranın Azərbaycana qarşı düşmənçilik siyasətini pislədi. Azərbaycanda dövlət quruculuğu istiqamətində atılan addımlar zəruri edir ki, biz yeni Konstitusiya qəbul edək. Burada ilk atacağımız addım Azərbaycanın adını dəyişdirmək olmalıdır. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Necə ki, bölünmüş digər xalqların adında Şimali və Cənubi ifadəsi var. Düşünürəm ki, bu həm də Cənubi azərbaycanlılar üçün stimul olar”.

Günay
Gununsesi.info