Vergi borclarının və sanksiyalarının silinməsi sonda maliyyə amnistiyası ilə tamamlanmalıdır.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda vergi sisteminin kifayət qədər təkmilləşməsinə baxmayaraq, verginin fiskal funksiyası prioritet olaraq qalır:

“Onun istiqamətləndirici, stimullaşdırıcı funksiyaları 2-ci dərəcəlidir”.
Müzakirəyə çıxarılan qanun layihəsi haqqında mövqeyini açıqlayan millət vəkili deyib ki, dünya praktikasında vergi amnistiyasının müsbət, mənfi nəticələrinin olduğunu görmək mümkündür:

“Ona görə də Azərbaycan bu qanunu qəbul edən zaman nəzərəçarpan nəticə əldə etməyə çalışmalıdır.
Bunun üçün isə bir neçə şərt tələb olunur. Birincisi budur ki, vergi borclarının silinməsi hələlik texniki xarakter daşıyır. Elə mexanizm yaranmalıdır ki, növbəti ilin sonunda yeni vergi borcları yaranmasın. İkincisi isə vergi, maliyyə amnistiyalarına 3 aylıq müddət qoyulması nadir hadisədir. Buna görə də 3 ay müddətində sənədləşmə işləri və başqa şeylər vaxt aparacaq. Həmin müddətin 6 aya uyğunlaşdırılması vacibdir.
Üçüncü məsələ isə bundan ibarətdir: burada fiziki və hüquqi şəxslərdən söhbət gedirsə, mütləq bu sənəd başqa qanunvericilik aktları ilə uyğunlaşdırılmalıdır. Həmin gəlirlərin deklarasiyası haqqında indiyə qədər olan sənədlərin təkmilləşdirilməsi, paket halında ortaya çıxarılması və bunun həyata keçirilməsi borc probleminə xeyli dərəcədə təsir göstərəcək”.

Millət vəkili onu da təklif edib ki, vergi borclarının silinməsi sonda maliyyə amnistiyası ilə tamamlanmalıdır: “Bununla da xeyli əlavə imkanlar yaradacaq. İndiki məqamda bu, iqtisadiyyata maliyyə qoymaq baxımından mühüm əhəmiyyət kəsb edir”.
Mürtəza
Gununsesi.info