Milli Məclisdə “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dözlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrası mümkünlüyü məsələsinin həlli haqqnda” Konstitusiya qanunu hazırlanıb.
Bu barədə Gununsesi.info-ya parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsindən məlumat verilib. Qanun layihəsinin müəllifi millət vəkili Rəfael Cəbrayılovdur.
Qeyd edək ki, bu qanun layihəsi beynəxlaq ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Təkcə beynəlxalq təşkilatlar, eyni zamanda millət vəkilləri bu qanun layihəsinə etiraz ediblər.
Millət vəkili Qüdrət Həsənquliyev belə bir qanunun Azərbaycan parlamentində qəbuledilməz haldr. “Onsuz da, Azərbaycan beynəlxalq təşkilatların yetərincə tənqid atəşinə tuş gəlir. Odur ki, belə bir qanunun müzakirəyə çıxarılması əlavə hədəf obyektinə çevirə bilər. Və indiki zamanda bu bizə lazım deyil. Ona görə də adı çıkilən qanun layihəsi müzakirədən çxarılmalıdır”- deyə, Q. Həsənquliyev vurğualyıb.
Millət vəkili hətta həmkarı Rəfael Cəbrayılovu müəllifi olduğu qanun layihəsini geri götürməyə çağırıb.
Mürtəza
Gununsesi.info