Deputatdan yeni qanunla bağlı TƏKLİF

  • By admin
  • 04 İyul 2023 12:56

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi ilə bağlı bir neçə təkliflər var ki, bunların həllinə baxılmaması hesablamadığımız problemlər gətirə bilər.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Rəşad Mahmudov bildirib.

“Hesab edirəm ki, reseptlərin həm elektron, həm də kağız daşıyıcı formasında verilməsi daha uyğundur. Ölkədə xəstəxanalar, ucqar bölgədə yerləşən apteklərlə daha operativ əlaqə yaradılması üçün bu addım məqsədəuyğundur. Buna görə də qanuna bu mövzuda dəyişiklik olunmalıdır”, – deputat vurğulayıb.

Gununsesi.info