“Deputatların xanımlarına da diplomatik pasport verilməlidir”.
Gununsesi.info xəbər verir ki, belə bir təkliflə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə “Diplomatik xidmət haqqında” qanuna dəyişikliklərlə bağlı müzakirlərə zamanı dilə gətirib.
Deputat təklif edib ki, digər vəzifəli şəxslərə diplomatik pasport verildiyi kimi Mərkəzi Seçki Komissiyasının üzvlərinə də diplomatik pasport verilsin.
“Bununla yanaşı olaraq mən digər bir təklifi də səsələndirib gündəmə gətirmək istəyirəm. Bildiyiniz kimi vəzifəli şəxslərin xanımlarına diplomatik pasport verildiyindən deputatların da xanımlarına diplomatik pasport verilməsini təklif edirərm. Hesab edirəm bu məsələ gündəmə gətirilib, məslə həllini tapmalıdır”- deyə, Q. Həsənquliyev bildirib.
Mürtəza
Gununsesi.info